Rusiya DQ məsələsinin nizamlanmasını qaliblər və uduzanlarsız görür

Ermənistanın və Rusiyanın prezidentləri danışıqlar ərzində DQ məsələsinin nizamlanmasına olduqca böyük diqqət yetirərək Sankt
Peterburqda üçtərəfli sammiti və Azərbaycan prezidenti ilə avqustun 8-də keçirilən görüşün nəticələrini hesaba almışlar.
Bu haqda prezidentlərin görüşündən sonra keçirilən mətbuat icmalı zamanı Vladimir Putin elan edib.
“Rusiya bizim qonşularımızın münasibətlərinindəki gərginliyin zəiflənməsində çox maraqlıdır.
“Qarabağ düyününü” açmaq yollarını axtarmaq üçün MQ həmsədrlərinin fəaliyyəti çərçivələrində bəzi cəhdlər edəcəyik.
Həmçinin Yerevan və Bakı ilə bir başa əlaqələr vasitəsiylə onu həyata keçirməliyik.
Ümid edirəm ki, Ermənistan və Azərbaycan mövcud ziddiyyətlərin qarşılıqlı güzəştlərlə nizamlanmasına gedə bilərlər, təbii ki,qaliblər və uduzanlar olmadan” – deyərək Putinin sözlərinin Kremlin rəsmi saytı məlumatlandırıb.