
“Beynəlxalq Ordu Oyunları – 2016″ yarışları çərçivəsində Moskvanın yaxınlığındakı Alabino poliqonunda keçirilən “Tank biatlonu – 2016” yarışının yarımfinalında, “estafet” birici yarış mərhələsi ərzində avqustun 9-da Çin, Qırğızıstan və Anqolanın Silahlı Qüvvələrinin tank ekipajları ilə Ermənistan SQ-nın 3 tank ekipajı yarışdı.
Bu barədə Müdafiə Nazirliyi bildirir.
Erməni tankçıları ümumi komanda hesablamasında dairəni 2 saat 13 dəqiqə 55 səniyədə keçərək mərhələnin nəticələri ilə 2-ci yeri tutublar.
Çin SQ-nın komandası dəirəni 1 saat 45 dəqiqə 55 səniyədə keçməklə yarış mərhələsində birinci yeri tutub.
“Tank biatlonu – 2016” beynəlxalq müsabiqəsinin finalında “estafet” mərhələsinin ümumi hesablamada ən yaxşə nəticələri göstərmiş 4 komandası iştirak edəcək. “Tank Biatlonu-2016” beynəlxalq müsabiqəsinin finalı avqustun 13-də olacaq.