Təhlil

E.Şarmazanov: “Moskva – Tehran – Bakı əməkdaşlığı Qarabağ münaqişəsi üzərinə təsir etməyəcək”

Rusiya- İran və Azərbaycan arasında iqtisadiyyat cəhətincə mənfəətli əməkdaşlıq formalaşıb.

Lakin düşünmürəm ki, bu regional, o cümlədən Qarabağ münaqişəsi üzərinə mənfi təsir edə bilər.

Bu haqda NEWS.am- in müxbiri ilə söhbətində ER MŞ sədrinin müavini Eduard Şarmazanov bəyan edib.

O qeyd edib ki, həmin əməkdaşlığı nə yüksək nə də nöqsanlı qiymətləndirməyə dəyməz.

“Təbiidir ki, hər bir ölkə xüsusi mənafeləri naminə siyasətçilik həyata keçirir.Bizim Rusiya ilə proqramlarımız var ki, orada Azərbaycan cəlb olunmayıb.

Həmin Avrasiya İqtisadiyyat İttifaqının çoxsaylı layihələri var ki, orada Azərbaycan cəlb olunmamışdır.

Bu nöqtei nəzərdən hər bir dövlətin öz hakimiyyətinin qərarıdır inkişaf etdirmək üçün münasibətlərini kiminlə qursun, ya qurmasın.

Hazırkı dünyada demək olar ki, hamı-hamıyla əməkdaaşlıq edir və hamıyla rəqabətdədir”-deyərək Şarmazanov bəyan edib.

Parlamentin sədr müavini düşünmür ki, Rusiya- İran – Azərbaycan əməkdaşlığın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində hər hansısa ciddi təsiri olacaq.

“Eyni zamanda əgər hətta o münaqişə üzərinə təsir edərsə, onda yalnız müsbət olacaq, ona görə ki, regionda uzunmüddətli layihələrin həyata keçirilməsi hərbi əməliyyatların yenidən başlanmasını istisna edə bilər.

Regionda nə qədər çoxsaylı inteqrasion layihələr həyata keçirilərsə, bir o qədər hərbi əməliyyatların ehtimalı da az olar.

Cənubi Qafqaz regionu nə qədər inteqrasion layihələrdə cəlb olunarsa bir o qədər sülhə yaxın addımlamış olarıq” – deyərək Eduard Şarmazanov bəyan edib.

Daha çox göstər
Back to top button