Beynəlxalq

TRT-nin 42 əməkdaşı saxlanılıb

Türkiyənin dövlət Teleradio Şirkəti olan TRT-nin 42 əməkdaşı saxlanılıb.

Proses FETÖ-nun dövlət çevrilişi cəhdinə görə aparılan araşdırma çərçivəsində həyata keçirilib.
Bu haqda azadliq.info məlumatlandırıb.

Bildirilir ki, Ankara Polis İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin və prokurorluğun əməkdaşları onları TRT-nin binasından götürüb. Aralarında xəbər aparıcısının da olduğu 42 nəfər ifadə verib. Azadlıqda olan digər əməkdaşların da saxlanılması istiqamətində iş aparılır.

Daha çox göstər
Back to top button