Ekonomika

Avrasiya İqtisadiyyat İttifaqına üzv ölkələr Gömrük qanunnaməsiylə bağlı razılığa gəlib

Avrasiya İqtsadiyyat İttifaqına üzv ölkələrinin hökumət rəhbərləri Avrasiyanın hökumətlərarası çurasının sessiyası ərzində Avrasiya İqtisadiyyat İttifaqının Gömrük qanunnaməsinin yeni variantı məsələsində prinsipyal şərtləşmələr əldə etmişlər.

Bu haqda Avrasiya İqtisadiyyat komissiyası kolleqiyasının mətbuat xidmətindən bildirilib.

Sənədə əsasən xarici sərhədlərdə gömrük rəsmiləşdirilmələri birləşdiriləcək, malların daşıntısı şəraitlərsə hiss olunacaq qədər sadələşdiriləcəkdir.

Sessiya ərzində həmçinin sənədlər razılıqla qarşılanıb ki, onlar da Avrasiya İqtisadiyyat İtifaqına üzv ölkələrdə dərman və dərman təchizatlarının birlikdə bazar formalaşdırılması üçün olduqca vacibdir.

Bu, dərmanların birlikdə bazar yaradılmasına şərait yaradacaq.

Sessiyada Avrasiya İqtisadiyyat İtifaqına üzv ölkələrin ( Rusiya, Belorusiya,Qazaxstan,Ermənistan,Qırğızıstan) hökumətləri rəhbərlərinin və Avrasiya İqtisadiyyat komissiyasının sədri Tiqran Sarkisyan iştirak edib.

Sessiyanın nəticələrinə dair jurnalistlərlə qısa söhbət ərzində Avrasiya İqtisadiyyat komissiyasının sədri Tiqran Sarkisyan qeyd edib ki, Gömrük qanunnaməsi məhz o sənəddir ki, onu daima biznes gözləmişdir.

Sarkisyan əlavə edib ki, Avrasiya İqtisadiyyat İtifaqına üzv ölkələrin biznes dairələriylə birlikdə aşılanıb və orada bütün tənqidlər nəzərə alınmışdır.

“ Aydındır ki, bu sənəd Avrasiyanın İqtisadiyyat ərazisində inteqrasion proseslərin dərinləşməsi üçün ciddi təkan olacaqdır” – deyərək Tiqran Sarkisyan bəyan edib.

Avrasiyanın hökumətlərarası şurasının avqustun 12-də keçirilən sessiyası Soçidə keçirilib.

Daha çox göstər
Back to top button