BaşlıcaBeynəlxalq

Ermənistan və Brazilya arasında bir sıra sənədlər imzalanıb

İşgüzar səfərlə Brazilya Federativ Respublikasında olan Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan avqustun 12-də ölkənin paytaxtı Brazilyaya səfər edib.

ER Prezidentinin mətbuat idarəsindən verilən məlumata görə, rəsmi qarşılama mərasimindən sonra Ermənistan Respublikası Prezidentinin Brazilya Federativ Respublikasının Prezidenti Mişel Temer ilə görüşü keçirilib.

Prezident Serj Sarkisyan görüşün əvvəlində səmimi qarşılama üçün təşəkkür bildirmiş və Olimpiada oyunlarının Brazilyada keçirilməsi münasibətiylə Mişel Temeri təbrik etmişdir.

ER Prezideneti həmçinin erməni olimpiadaçıları adından idmançılar üçün Rio de Janeyroda yaradılmış mühüm şəraitlər və qayğılı yanaşma üçün minnətdarlıq bildirib.

Prezident Sarkisyan həmçinin Dağlıq Qarabağ münaqişəsinin düyün açılışının mühümlüyündən danışaraq qeyd edib ki, Ermənistan bu məsələdə Brazilyanın tarazlı və bitərəf mövqeinə böyük əhəmiyyət verir.

Görüşdə iki ölkələr rəhbərləri Ermənistan və Brazilya arasında müxtəlif sahələrdə qarşılıqlı işgüzarlıq və münasibətlərin gələcək möhkəmləndirilməsi və və dərinləşməsi imkanları ətrafında fikir mübadiləsini ediblər.

ER Prezidenti məmnunluqla qeyd edib ki, Ermənistan və Brazilya arasında qarşılıqlı inam və ehtiram üzərində dayaqlanmış möhkəm dostluq əlaqələri formalaşıb.

Serj Sarkisyan dünyada həm qabaqcıl, həm də tarazlı ölkələrdən biri Brazilya ilə çoxsəpkili əlaqələrin inkişafını olduqca mühüm və zəruri sayaraq ümidvar olduğunu bildirib ki, özünün səfəri ikitərəfli münasibətləri daha da möhkəmləndirmək üçün təkan olacaq və gələcək əməkdaşlığın yeni istiqamətlərini proqnozlaşdıracaq.

ER Prezidenti ikitərəfli qarşılıqlı inkişaf baxımından Ermənistan və Brazilya arasında yüksək səviyyəli qarşılıqlı səfərləri, həmçinin, mütəmadi şəkildə keçirilən məşvərətləri və təmasları, hərtərəfli formatlarda, eləcə də, beynəlxalq təşkilatlar çərçivələrində olduqca mühüm hesab edib.

Prezident Serj Sarkisyan ötən il Brazilya Senatı tərəfindən Erməni Soyqırımının tanınmasını yüksək qiymətləndirib.

Respublika Prezidentinin inamınca,Erməni Soyqırımını tanıyan sənəd Brazilya xalqını, onun dəyər sistemini və mənəvi istiqamətlərini səciyyələndirir.

Görüşdə hər iki tərəf də parlamentlərarası əlaqələrin inkişafını müvafiq hesab etməklə bərabər, iki ölkələr parlamentlərində deputaların dostluq qruplarının fəaliyyətlərini məqsədyönlü hesab etmişlər.

Erməni – brazilya yüksək səviyyəli danışıqların nəticələriylə ölkələr arasında bir sıra sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına və möhkəmləndirilməsinə istiqamətlənmiş sənədlər imzalanıb.

Daha çox göstər
Back to top button