Beynəlxalq

Komada olan xəstənin qızıl dişləri oğurlanıb

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında xəstənin komada olan zaman dişlərinin oğurlanması ilə bağlı məlumat yayılıb.

Xəstənin həyat yoldaşı Qəmər Qasımova Femida.az-a açıqlamasında bildirib ki, həyat yoldaşı 1959-cu il təvəllüdlü İsmayıl Qasımovun dişləri Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında reanimasiya şöbəsində olduğu zaman oğurlanıb:

“Biz xəstəni Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasından Mərkəzi Klinik Xəstəxanaya gətirəndə ağzında diş yox idi. Hadisədən 3 gün sonra xəbər tutduq. Yoldaşımın dişlərini Sumqayıtda reanimasiya şöbəsində olan zaman oğurlayıblar. Mən xəstəxanaya müraciət edib deyəndə ki, yoldaşımın ağzında 6 qızıl dişi vardı, indi isə yoxdur, onlar cavab verdi ki, biz bilmirik. Xəstəyə tibb bacıları baxırdı. Mən də xəstəyə 10 dəqiqəlik baş çəkə bilirdim. Hazırda yoldaşım reanimasiyadadır”.

Daha çox göstər
Back to top button