Harvard məzunu, siyasi fəal Bəxtiyar Hacıyevi Yasamal rayon 27-ci polis bölməsinin əməkdaşları saxlayıb

Harvard məzunu, siyasi fəal Bəxtiyar Hacıyevi Yasamal rayon 27-ci polis bölməsinin əməkdaşları saxlayıb. Bu barədə B.Hacıyev yaxın dostlarına telefonla məlumat verib. O, hazırda Yasamal rayonu 27-ci polis bölməsində olduğunu bildirib. Qeyd edib ki, onu zorla polis bölməsinə aparıblar.
bu barədə Meydan.tv məlumat verir.
“Dünən mübahisə edib, söyüş söyən yol polisi ilə mübahisə yarandı, yol polisi fiziki güc tətbiq etdi, indi 27-ci polis bölməsinə gedirik. Ya bunlar cəzalanmalıdır, ya da ölkədən getməliyəm. Başqa cür alınmır”- Bəxtiyar Hacıyev Facebook səhifəsində yazıb.
Azərbaycanın DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bu barədə eşitmədiyini, nahardan sonra maraqlanacağını deyib.
Yasamal rayonu 27-ci polis bölməsinin növbətçi hissəsindən Meydan TV-yə bildiriblər ki, Bəxtiyar Hacıyev adlı şəxs bu bölməyə gətirilməyib.
Bəxtiyar Hacıyev 2011-ci ilin martında saxlanılıb və 2006-cı ildən etibarən hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
O, Amnesty International, Human Rights Watch, Freedom House, Freedom Now kimi beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” elan edilib.
B.Hacıyev 4 iyun 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb.