BaşlıcaBeynəlxalq

Prezident Serj Sarkisyan Brazilyada Ermənistan səfirliyi binasının təməlqoyma mərasimində iştirak edib

İşgüzar səfərlə Brazilya Federativ Respublikasında olan Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan paytaxt Brazilyada

Brazilya Federativ Respublikasında Ermənistan Respublikası səfirliyi binasının təməlqoyma mərasimində iştirak edib.

Bu haqda Prezidentin iş heyəti üzrə iştimaiyyət və informasiya xidmətindən bildirilib.

Təməlqoyma mərasimində həmçinin BFR Xarici münasibətlər naziri Joze Sera, Brazilyada vəkalətlənmiş səfirlər, yüksək rütbəli diplomatlar və erməni icma nümayəndəliyi iştirak edib.

ER səfirliyinə ayrılan ərazi 15 750 km təşkil edir.

Cari il mayın 10-da Brazilyada ER səfiri Aşot Qaloyan və San Paulda Ermənistanın şərəfli konsulu, icmanın tanınmış xadimi və xeyriyyəçi Hilda Diruhi Burmayanın arasında imzalanmış qarşılıqlı anlaşma Memoronduma əsasən səfirliyin binası

Burmayan ailəsinin və xüsusən xeyriyyəçi Hilda Diruhi Burmayanın bəxşişiylə qurulur.

Səfirlik binasının inşaat işləri 12 ayda başa çatdırmaq nəzərdə tutulur.

“Bizim dostluğumuz 1992-ci ildən başlamışdır və son vaxtlarda şübhəsiz ki, cənab Prezident Sizin iştirakınızla daha da möhkəmlənibdir.

Bu razılaşmalar ki, imzalanan sənədlər bizim dostluğumuzu daha da möhkəmləndirərək ona təkan verəcəkdir.

Əmin olun ki, bu ikitərəfli dostluq daha da qəyyumlaşdırılaraq iqtisadiyyat və səhiyyə sahəsində daha gözəçarpan olacaqdır” – deyərək öz nitqində BFR Xarici münasibətlər naziri Joze Sera bildirib.

”Birgə keçən yola geri nəzər salmaqla faktlaşdıra bilərik ki, Ermənistan və Brazilya arasında müxtəlif sahələrdə çoxsəpkili əlaqələr şaxələnib.

Prezident Sarkisyanın bu səfəri yeni vədedici təşəbbüsslərlə bizim ümumi gündəliyimizin tamamlanması, erməni-brazil münasibətlərini keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün bir təkandır.

Budur o başlıca mesaj hansını ki, indi Ermənistan Respublikası Prezidentinin iştirakıyla yeni səfirliyin təməlində yayacağıq”-deyərək öz nitqində ER Xİ naziri Edvard Nalbandyan bəyan edib.

Təməlqoyma mərasiminin sonunda birgə xatirə imzalanaraq bükülmüş və səfirliyin təməlində qoyulmuşdur.

Daha çox göstər
Back to top button