
Rio-de Janeyro 31-ci Yay Olimpiya Oyunlarında Ermənistan yığması 3-cü gümüş medalı qazanıb.
Ağır çəkili dərəcəsində (105+) pəhləvan Gor Minasyan ikinövçülükdə 451 kq nəticəsi ilə gümüş medal qazanıb.
Birdən qaldırma proqramında idmançımız 3 dəfə ştanqı qaldırb ən ağırı isə 210 kq-lı ştanq idi.
Təkanla qaldırımda Minasyan başı üzərinə 241 kq ştanqı qaldırıb.
Digər ağır atletimiz Ruben Aleksanyan 4-cü yeri tutub. O, birdən qaldırma proqramında 195 kq, təkənla qaldırma proqramında isə 245 kq qaldırıb. Onun ümumi nəticəsi 440 kq-dır.
Maraqlıdır ki, Aleksanyan son yanaşmada 254 kq qaldırmaq istədi ancaq iki dəfə də qaldıra bilmədi, onu qaldıranda gümüş medalçı olacaqdı. Birinci yeri gürcü Laşa Talaxadze tutub. O həm də 473 kq qaldırmaqla dünya rekordu qırdı.
Digər gürcü idmançı İrakli Turmanadze isə 448 kq qaldıraraq bürüc medal qazanıb.