Qazaxıstanın Prezidenti Ermənistana və Azərbaycana səfər edəcək
Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev 2016-cı ildə Ermənistana,Azərbaycana,Serbiyaya və bir sıra digər ölkələrə səfər edəcək.
Bu haqda ölkənin Xİ naziri Erlan İdrisov bəyan edib. Məlumatı RİA Novosti yazıb.
İyunda İdrisov bəyan etmişdir ki, 2016-cı ildə Qazaxıstanın Prezidenti Yaponiyaya, Cənubi Koreyaya, Səudiyyə Ərəbistana və İordaniyaya, sentyabrda isə onun Qırğızıstana səfəri gözlənilir.
“Prezidentin beynəlxalq gündəmi çox səpkili və ağırdır.Biz Polşaya gedəcəyik, payızda Serbiyaya, biz eləcə də sentyabrın əvvəlində Çində
“Böyük səkkizlər” sammitinə dəvət olunmuşuq.
Bizim Prezidentimiz həmçinin Yaponiyaya, Cənubi Koreyaya,Azərbaycana,Ermənistana,Səudiyyə ərəbistanına və İordaniyaya səfər edəcəkdir”- deyərək İdrisov mətbuat icmalı ərzində bəyan edib.