Beynəlxalq

Azərbaycanın gəlirləri son 7 ayda 12 milyard dollar azalıb

Bu ilin 7 ayının göstəricilərinə görə, ölkə iqtisadiyyatında böyük geriləmə qeydə alınıb. Bu barədə tanınmış iqtisadçı Nemət Əliyev Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatları əsasında feysbuk səhifəsində qeyd paylaşıb.

“Yanvar-iyul aylarında ümumi iqtisadi gəlirlərimiz 12 milyard dollar və ya 37%-ə qədər azalıb. İtkilərin 68%-ə yaxını qeyri-neft sektorunda əmələ gəlib.

DSK-nın yaydığı məlumatların təhlili göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk yeddi ayında Ümumi Daxili Məhsul istehsalı qeyri-neft sektorunda 40%, neft sektorunda 30% azalıb”, – deyə N.Əliyev yazıb.

Daha çox göstər
Back to top button