Rövşən Lənkəranski qətlə yetirilib

“Rövşən Lənkəranski”nin yaxın ətrafındakı mənbədən kriminal avtoritetin İstanbulda aparıldığı Şişli Etfal Xəstəxanasında keçindiyi dəqiqləşdirilib.
Bu barədə Virtualaz.org xəbər verir.
Mənbə bildirib ki, Rövşən aldığı güllə yaralarından xəstəxanada keçinib. Ona bir neçə güllə dəyib və həkimlər kriminal avtoritetin aldığı yaraların ona yaşamaq şansı qoymadığını bildiriblər.
Məlumata görə, yaxınları Rövşən Lənkəranskinin cənazəsini Azərbaycana gətirmək üçün İstanbula gediblər.
Qeyd edək ki, hadisə İstanbulda baş verib. Belə ki, R.Lənkəranski Barbaros Bulvarında, hotellərdən birindəki toplantıdan “90 ND 011” dövlət seriya nişanlı avtomobillə ayrılıb. Daha sonra avtomobillə hotelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.
İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar.