Beynəlxalq

Turqut Qəmbər və İsmi Şahzadə saxlanılıb

NİDA Vətəndaş Hərəkatının fəalı Turqut Qəmbər bu gün saat 12:00-a yaxın Apellyasiya  Məhkəməsinin  qarşısında özlərini Bakı Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Həmin şəxslər bildiriblər ki, Turqut onlarla getməlidir, “çünki ona bəzi sualları var”. Bu barədə Turan-a  NİDA Vətəndaş Hərəkatının  İdarə Heyətinin  üzvü Ülvi Həsənli bildirib.

Bu haqda contactşaz xəbər verir.

Onun sözlərinə görə, T.Qəmbər avqustun 12-də qanunsuz narkotik maddə dövriyyəsi ittihamı ilə həbs olunan NİDA fəalı Elgiz Qəhrəmanovun işi üzrə proseslə əlaqədar Apellyasiya  Məhkəməsinin  qarşısına gedib.

Sonradan həmin şəxslər fotoqraf İsmi Şahzadəni saxlayıblar. Reportaj hazırlayan jurnalist İslam Şıxəlinin isə   mobil telefonunu alıblar.  Polis  məhkəmənin önünə   yığışan  fəalları  sıxışdıraraq uzaqlaşdırıb.

Turan-ın paytaxt polisindən şərh almaq çəhdləri baş tutmayıb. Qeyd edək ki, Turqut Qəmbər Müsavat Partiyasının keçmiş sədri İsa Qəmbərin oğludur.

Daha çox göstər
Back to top button