Yerevan yaşamaq və işləmək üçün dünyanın ən uyğun şəhərlərindəndir

Dünyada məşhur Fastcompany.com jurnalı xaricdə yaşamaq və çalışmaq üçün ən uyğun olan 10 şəhərin siyahısını yayımladı. “Armenpress”-in bildirdiyinə görə, bu şəhərlər siyahısında Yerevan daxildir.
“İndoneziya dəniz sahillərindən Ermənistanın mənzərəli dağlarına qədər” başlıqlı yazıda deyilir “Çox frilanser və iş adamları tez-tez xaricdə iş tapmaq üçün öz ofislərindən qaçırlar. Şəxsən mən belə insanları görmüşəm və onlardan biri də mənəm”.
Yerevan haqqında isə məqalə müəllifi yazır ki, son vaxtlardakı iqtisadi inkişafından sonra Yerevadakı kafelərdə xaricdən gələn çox işçi var.
Yaşamaq və işləmək üçün 10 ən uyğun şəhərlər siyahısında bu şəhərlər də var – Banqkok (Tailand), Çianqmay (Tailand), Taypey (Tayvan), Ubud-Bali (İndoneziya), Belqrad (Serbiya), Kuiton (Ekvador) və sairə.