Beynəlxalq
Cəbhəçiyə 25 sutka inzibati həbs Cəbhəçiyə 25 sutka inzibati həbs

Suraxanı Rayon Məhkəməsinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Qədim Bəkirova 25 sutka inzibati həbs cəzası verdiyi bildirilir.
Bu haqda Azadliq.info məlumat verir.
AXCP sədrinin müavini Gözəl Bayramlının bildirməsinə görə, cəbhəçi gənc İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə günahkar bilinib.
Digər cəbhəçi – Fuad Əhmədlidən isə, hələlik, yeni xəbər yoxdur.