BaşlıcaSiyasət

İran AİB bazarına girmək üçün Ermənistanı körpü olaraq istifadə edə bilər: İran səfiri

İran Avrasiya İqtisadi Birliyi bazarına girmək üçün Ermənistanı körpü olaraq istifadə edə bilər.

Bu haqda avqustun 19-da Ermənistanda İranın Fövqəladə və Səlahiyyətli səfiri Seyid Kazem Sacadi İİR-nın Yerevandakı səfirliyində keçririlən Ermənistan-İran turizm agentliklərinin nümayəndələrinin görüş zamanında bildirib.

Səfir qeyd etdi ki, İran Ermənistana bir qonşu ölkə olaraq çox böyük imkanlar verə bilər.

“Ermənistan-İran siyasi münasibətləri əla səviyyədədirlər, lakin iqtisadi əlaqələrinin səviyyəsi kifayət deyildir və bu qəbuledilməzdir. Giriş vizaları ləğv etdikdən sonra iki ölkə arasında turist axını olacaq. Bu isə investorların cəlb olunmasını təmin edəcək və beləliklə iqtisadi əlaqələrində inkişaf olacaq”,- deyə Sacadi əlave etdi ki, Ermənistan-İran arasında tələbə mübadiləsi də mədəni əlaqələrin inkişafına tövhə verəcək.

Daha çox göstər
Back to top button