“Şahdəniz”-dən Neft Fonduna gəlir dayanır

2016-cı ilin 6 ayında Azərbaycan Dövlət Neft Fonduna( DNF) “Şahdəniz” yatağından mənfəət qazı satışından 64 milyon dollar daxil olduğu bildirilir.
“Turan” informasiya agentliyinin xəbərinə görə, ikinci aydır ki, Dövlət Neft Fondu “Şahdəniz” yatağından gəlirlər hesabına “sıfır” yazır. Sonuncu dəfə bu ilin mayında oradan 19 milyon dollar gəldiyi qeyd edilir .
Agentliyin xəbərində bildirilir, hazırda “Şahdəniz 1” layihəsi çərçivəsində mənfəət (sutkada 30 milyon kubmetr qaz və 50 min kubmetr kondensat) “Şahdəniz-2” layihəsi çərçivəsində iri investisiyaların ödənilməsinə xərclənir. Amma PSA (Hasilatın Pay Bölgüsü-AR) saziş şərtlərinə əsasən, dövlət və ya şirkətdən ötrü “sıfır” mənfəət yolverilməzdir.
“Turan” bu barədə Neft Fonduna göndərdiyi sorğusuna cavab olaraq bildiriblər ki, SOCAR və BP qarşısında məsələ qaldırılıb və rəsmi cavab gözlənilir. Orud ki, hələlik neft şirkətlərinin bu məsələ ilə bağlı mövqeyi məlum deyil.