Beynəlxalq

Türkiyədə 84 akademikin həbsinə order verilib

Türkiyədə ötən aykı çevriliş cəhdindən sonra həbslər davam edir.

Avqustun 19-da 84 akademikin həbsinə order verilib, onların ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gulen-lə əlaqələri olduğu bildirilir.

Gulen çevrilişlə heç bir bağlılığı olmadığını deyir.
Cümə günü polis dövlət banklara nəzarət qurumunun 29 müfəttişini də saxlayıb. Onlar “qeyri-müntəzəm təftişlərdə” ittiham olunurlar.

Müdafiə naziri Fikri Isik deyib ki, çevrilişi dəstəkləməkdə şübhəlin bilinən 137 hərbçi hələ də azadlıqdadır, onların içində 9 general və admiral da var.

15 iyulda uğursuz çevriliş cəhdindən sonra 40 mindən çox adam saxlanıb, onlardan 20 mindən çoxu həbs olunub. 80 mindən çox adam işdən çıxarılıb.

Daha çox göstər
Back to top button