BaşlıcaSiyasət

Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq :Avropa Parlamentinin deputatı

Artsax (Dağlıq Qarabağ Respublikası) heç vaxt Azərbaycanın tərkibində olmadı və olmayacaq. Bu haqda NEWS.am müxbiri ilə müsahibədə Avropa Parlamnetinin deputatı bildirib.

Frank Engelin sözləri ilə “Əgər aqressiv bir mübarizə başlayaraq məğlub olursan, artıq bundan əvvəl olanlara geri getməməlisən. Əks halda Kaliningrad indiyədək Kyoniksberg olurdu”.

Avropa Paralamenti Azərbaycan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ Respublikasının dinc əhalisinə qarşı törədilən hərəkətləri aydın və konkret bir şəkildə nə zaman qınayacaq sualına gəlincə Frank Engel dedi ki, “Avropa Parlamenti bu məsələ ilə bağlı öz müvqeyini bu ilin aprel ayında açıqladı, lakin parlamentdəkilərin əksəriyyəti hələ faktlarla üzləşməlidir”.

Xatırlataq ki, aprelin 12-də Avropa Parlamentinin plenar iclasında Qarabağ məsələsi ilə bağlı müzakirələr keçirilmişdi. Bir çox Avropalı deputatlar (Fransadan, Çexiyadan, Polşadan, Kiprdan və Lüksemburqdan Frank Engel) uzun illər ərzində ilk dəfə Dağlıq Qarabağ Respublikasının müstəqiliyini tanıyaraq Bakı rejiminə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Daha çox göstər
Back to top button