Araşdırmalara görə, Türkiyədəki 10.000 tarixi abidələrdən 4.600-ü ermənilərə aiddirlər
Erməni əsilli Türkiyəli jurnalist, “Agos” qəzetinin baş redaktoru Hrant Dinkin ölümdən sonra onun ailəsi tərəfindən İstanbulda təsis olunmuş Hrant Dink Vəqfi “Anadolunun mədəni irsi” adlı xüsusi bir layihə başlatdı. Beləliklə Vəqifin işçiləri Türkiyədəki milli azlıqlara aid tarixi abidələrin mövcüd vəziyyətini və sayısını araşdırdılar. Bu haqda Agos qəzeti məlumat verib.
Vəqfin yayımlandığı siyahıya görə, Türkiyədəki 10.000 tarixi abidələrdən 4.600-ü ermənilərə, 4.100-ü yunanlara, 650-si assurlara, 300-ü isə yəhudilərə aiddir.
Layihə koordinatoru Merve Kurt və araşdırmaçılar Tuna Başıbek, Zeynep Oğuz, Aleksandr Kamburis və Vahagn Keşişyan layihə çərçivəsində iki ildir ki, Osmanlı dövlət arxivlərini araşdırıblar, sonra isə xarici arxivlər ilə tanış olmaq üçün Yunanıstana və İsveçrəyə gediblər.
Merve Kurtin sözləri ilə ermənilərə aid tarixi abidələrin çoxu Muşdadır (401). Muşdan sonra Bitlis (325), Elazığ (323), Sebastia, Yerznka, Ərzurum, Kayderi və Dərsimdir. Ən sonunda isə Vandır (185).
Vəqif layidə çərçivəsində xüsusi bir xəritə yayımladı. Bu xəritədə ermənilərə, assurlara, yunanlara və yəhudilərə aid tarixi abidələrin yerləri göstərilir. Xəritədə kilsələr, monastırlar, məzarlıqlar və erməni köhnə məktəblərin, uşaq evlərinin yerləri də vardır.
Vəqifdən bildiriblər ki, bu yeni yaradılmış arxiv hər kəsə açıqdır.