Siyasət

Belarusda KTMT “Sarsılmaz Qardaşlıq-2016” hərbi təlimləri başlayıb

Bu gün avqustun 23-də Belarusdakı “Obuz-Lesnovsk”-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv sülhməramlı qüvvələrinin “Sarsılmaz Qardaşlıq-2016” hərbi təlimləri başlayıb. Təlimlərdə kollektiv sülhməramlı qüvvələrindəki ER, Belarus, RF, Qazaxıstan, Qırğızıstan və Tacikistanın Silahlı Qüvvələri və polis bölmələri iştirak ediblər. Bu haqda KTMT mətbuat xidməti məlumat verib.

Təlimlərə 500 adəd aviasiya, avtomobil və zirehli texnika cəlb edilib. Təlimlər avqustun 27-də başa çatacaq. KTMT-nin kollektiv sulhməramlı qüvvələri ilk dəfə olaraq BMT-nın Təhlükəsizlik Şurasının mandatı almaqla böhran zonalarında BMT sülhməramlı qüvvələri ilə fəaliyyət göstərəcəklər. BMT katibliyinin və Qızıl Xaç Beynəlxalq Komitəsinin nümayəndələri təlimlərə dəvət olunublar. Təlimlər yeni fikirlərlə yeni ideyalarla hıyata keçiriləcək ki, bunlar da iştirak edən dövlətlərin sülhməramlı qüvvələrinin əməkdaşlığının genişləndirməsinə yönəlmişdir. Qeyd edək ki, “Sarsılmaq Qardaşlıq-2016” 6-cı təlimdir, keçən dəfə isə Ermənistanda keçirilmişdir.

Daha çox göstər
Back to top button