Beynəlxalq

J.Yunqer: “Türkiyədə ziyalıları həbs etmək terrorizmə qarşı mübarizəylə eyniləşdirmək olmaz”

Avrokomissiyanın sədri Jan Qlod Yunker elan edib ki, Türkiyədə iyulun 15-də baş vermiş dövlət devrilişi cəhdindən sonra ziyalıları həbs etmək məsələsini terrorizmə qarşı mübarizəylə eyniləşdirmək olmaz.

Yunqer Türkiyədə terrorizmə qarşı mübarizəni qanun çərçivəsində yer tapmış sui istifadələri tənqid edib.

Brüssel həmin qanunu dəyişməyi tələb edir ona gərə ki, məcbur olacaq ki, söz azadlığına hörmət etməyi və hökumətə qarşı tənqidlərə anlayışla yanamağa alışsın.Ankara isə onu dəyişməyi istəmir.

Bu haqda Deutsche Welle məlumatlandırıb.

“Terrora qarşı mübarizəni, ziyalıları, alimləri, jurnalistləri həbs etmək üçün istifadə etmək düzgün deyil” – deyərək Yunqer dövlət devrilişinə cəhd edildikdən sonra Türkiyədə hökumətin tənqidçilərinə qarşı başlanmış geniş əhatəli zorakalıqlara işarə edərək bəyan edib.

Miqrantlarla bağlı razılaşmalar çərçivəsində Türkiyə vətəndaşları üçün vizaların ləğvinə geri dönərək Yunqer qeyd edib:

“ Keçid rejimi türk vətəndaşları üçün oktyabrın 1-dən etibarən ləğv edilə bilər əgər Ankara öz qarşısında duran 72 şərtləri yerinə yetirərsə”.

Avrokomissiyanın üzvü Qyunter Etinqer daha öncə elan etmişdir ki, “Türkiyə cari ildə vizaların azadlışmasını almayacaq”.

Daha çox göstər
Back to top button