Beynəlxalq

Müsavat Partiyası təşviqat qrupunun qeydiyyatı üçün imza vərəqələrini MSK-ya təqdim edib

Müsavat Partiyasının yaratdığı “Respublika” təşəbbüs qrupu ötən gün MSK-ya 41 128 seçici imzasını təqdim edib. Bu barədə Turan-a təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Yadigar Sadıqov məlumat verib.

Onun sözlərinə görə, 88 seçki dairəsi ərazisində 41 128 imza toplanıb.

Müsavat fəalları ilə yanaşı imza toplanışında NİDA və D-18 hərəkatlarının nümayəndələri iştirak ediblər.

10 gün ərzində MSK imza vərəqələrini yoxlamalıdır. Əgər ən azı 40 min imza etibarlı sayılsa “Respublika” qrupu qeydə alınacaq.

Sentyabrın 3-dən rəsmi təşviqat kampaniyası başlayır. “Respublika” düzəlişlərin avtoritarizmin gücləndirilməsinə yönəldiyini hesab edir və onların əleyhinə təşviqat aparmaq niyyətindədir.

Bundan öncə MSK hakim Yeni Azərbaycan Partiyasının, Həmkarlar İttifaqları Konfederasiyasının və bəblədiyyələrin yaratdıqları təşviqat qruplarını qeydə alıb.

Daha çox göstər
Back to top button