BaşlıcaSiyasət

ER Silahlı Qüvvələri “Sarsılmaz Qardaşlıq-2016” hərbi təlimlərində iştirak edir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv dövlətlərinin silahlı qüvvələrinin birgə döyüş təlimlərinin 2016 planına görə, ER-nın sülhməramlı qüvvələri və operativ grupu avqustun 23-27 Belarus Respublikasında keçirilən “Sarsılmaz Qardaşlıq-2016” hərbi təlimlərində iştirak edirlər.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Avqustun 23-də Belarusda “Sarsılmaz Qardaşlıq-2016” hərbi təlimlərinin təntənəli açılış mərasimi olub. Açılış mərasiminə Belarus müdafiə naziri Andrey Ravkov, KTMT-nın baş katibinin müavini Valeri Semerikov, KTMT birləşmiş qərargahın sədri general-polkovnik Anatoli Sidorov və KTMT üzv dövlətlərinin digər yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

İki mərhələ ilə keçirilən təlimlərdə KTMT kollektiv sülhməramlı qüvvələri regionda sulh və kollektiv təhlükəsizliyi qorumaq üçün xüsusi təlimlər keçirəcəklər.

“Sarsılmaz Qardaşlıq-2016” hərbi təlimlərinə 1500 hərbçi, 300 ədəd hava və yerüstü hərbi texnikası cəlb edildi.

Təlimlərin ən mühüm məsələləri isə KTMT-na üzv dövlətlərinin sülhməramlı qüvvələri arasında əməkdaşlığın yaradılması və güclənməsi, birgə əməliyyatların səmərəliliyinin artırılması və təcrübələrin mübadiləsidir.

Avqustun 24-dən KTMT üzv dövlətlərinin sülhməramlı qüvvələrinin birgə təlimləri başlayacaq və bu ərzində sülhməramlı missiyasının müxtəlif tədbirləri keçiriləcəklər.

Daha çox göstər
Back to top button