
ABŞ-dəki Erməni Milli Komitəsinin nümayəndələri ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri konqresmen Ed Roysla görüşüblar.
Komitədən verildiyi məlumatlara görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunublar.
Keçən ildə Roys-Engelin (konqresmen Eliot Engel New Yorklu demokratdır) təkliflərinin həyata keçirməsi imkanlarına xüsusi diqqət ayrılıb. Bu təkliflər Dağlıq Qarabağ-Azərbaycan qoşunlarının təmas xəttindən snayperlərin və ağır texnikanın geri çıkilməsi, ATƏT tərəfindən atəşkəsin kontrol mexanizmi və ATƏT-in müşahidçilərin artırılması haqqındadırlar. Bu təklifərə 90-dan çox konqresmenlər tərəfindən dəstəkləndi və buna dair ABŞ prezidenti Barak Obamaya məktublar göndərilib.
Görüş zamanı gələn ayda Vaşinqtonda keçirilən və Ed Roysin iştirak etdiyi “Xristianların müdafiəsi” adlı konfransına dair məsələlər də müzakirə olunub.
Qeyd edək ki, Roys Yaxın Şərqdə xristianların, o cümlədən ermənilərin və onların mədəni irsinin məhv edilməsinə dair məsələləri dəfələrcə qaldıran konqresmenlərdəndir. Obamanın administrasiyası Yaxın Şərqdə xristianlara qarşı son vaxtlarda töredilmiş hərəkətləri qınaraq, bunları soyqırım olaraq adlandırıldı.