Siyasət

Səfir Pakayin: Dağlıq Qarabağ münaqişəsinin nizamlaması üçün zəruri mexanizmlər axtarmak lazım

Qarabağ münaqişəsinin davamı regional təhlükəsizlik və sabitlik üçün yaxşı deyil. Azərbaycandakı İran səfirliyinin rəsmi saytına görə, bu haqda İİR səfir Mohsen Pakayin bildirib.

İran səfiri “ANA” xəbər agentliyi ilə müsahibədə Azərbaycan-İsrail strateji münasibətlərinə dair sualına cavab verdi ki, Bakı-Tel Aviv əlaqələri Bakı-Qərb əlaqələri ilə bağlıdırlar. Bu gün Azərbaycan-Qərb əlaqələri çox yaxşı deyil, çünki Qərb Azərbaycanın daxili işlərinə qarışır. Bu baxımdan Bakı-Tehran əlaqələrinin genişləməsi Azərbaycanda İsrailin təcridinə getirəcək.

Dağlıq Qarabağ münaqişəsi məsələsinə dair İran mövqəyinə gəlincə isə, Mohsen Pakayin bildirdi ki, DQ münaqişəsinin nizamlaması üçün zəruri mexanizmlər axtarmak lazım. İran atəşkəs rəjiminin qorunması istəyir, çünki münaqişənin davamı regional təhlükəsizlik və sabitlik üçün yaxşı deyil.

Daha çox göstər
Back to top button