Siyasət

Belarusda KTMT “Sarsılmaz Qardaşlıq-2016” hərbi təlimlərinin aktiv mərhələsi başlayıb

Belarusdakı “Obuz-Lesnovsk”-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələrinin birgə döyüş təlimləri başlayıb.

“Sarsılmaz Qardaşlıq-2016” hərbi təlimləri avqustun 23-27-də Belarus Respublikasında keçirilir. Təlimlərə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv bütün 6 dövlətlərinin Silahlı Qüvvələrindən, daxili qoşunlarından və polisindən 1500 hərbçi və 300 ədəd hava və yerüstü hərbi texnikası cəlb edildi.

Bəyanatda deyilir ki, KTMT kollektiv sülhməramlı qüvvələrinin praktik hərəkatları mərhələsi başlayıb. Bu isə sülhməramlı tapşırıqların yerinə yetirilməsinə yönəlmişdir.

Qüvvələrin bir qismi birgə təlimləri gecə saatlarında gecəgörmə cihazları və kəşfiyyat vasitələrin istifadəsi ilə keçirəcək.

Daha çox göstər
Back to top button