
Ermənistan, Belarus, Qazaxıstan və Pakistan “Ordu-2016” hərbi-texniki konfransında öz milli eksponatları ilə təmsil olunacaqlar.
Bu haqda jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin Elmi Araşdırma-Tədqiqat İşləri üzrə Baş İdarəsinin rəhbəri Aleksandr Mironov bildirib.
Mironov Avropa, Yaxın Şərq, Afrika və Asiya-Sakit okean regionun 50-dən artıq ölkənin xarici hərbi attaşələri ilə görüşdə bildirib ki, “Dörd milli eksponat təqdim olacaq-Ermənistan Respublikası- 5, Belarus Respublikası-9, Qazaxıstan Respublikası-6, Pakistan İslam Respublikası isə 9 müəssisə”.
Konfrans işlərində Almaniya, Hindistan, İsrail, İrlandiya, Çin, Malayziya, Tailand, Fransa və İsveçrənin müəssisələri də iştirak etməyi planlaşdırırlar. RF Mudafiə Nazirliyinin bildirdiyinə görə, 2016-ci il konfransında 107 ölkə dəvətlidir, bunlardan 86-nı iştiraklərini təsdiq edib, 45-i isə rəsmi nümayəndə heyəti göndərməyi planlaşdırır.
2015-cı ildə 100 dəvətli ölkədən 73-ü konfransda iştirak edib, o cümlədən 38-i rəsmi nümayəndə heyətilə qatılıb. İkinci beynəlxalq hərbi-texniki konfransı 2016-cı ilin sentyabrın 6-dan 11-də Rusiya Müdafiə Nazirliyinin Moskvadakı “Patriot” parkında keçiriləcək.