İtaliyanın Rimini şəhərində Artsaxa həsr olunmuş sənədli filmin təqdimatı olub

İtaliyanın Rimini şəhərindəki “Neri Conai” salonda avqustun 23-də italiyalı jurnalist Cian Mikalesinin “Dağlıq Qarabağ: müharibənin qayıdışı” adlı sənədli filmin təqdimatı olub.
Mərasimi Riminidəki 37-ci görüş çərçivəsində “Sülh və Azadlıq Beynəlxalq Mərkəzi” təşkil etmişdi.
Təqdimatdan əvvəl İtaliyada ER səfiri Viktoria Bağdasaryan, filmin müəllifi Cian Mikalesin, “Sülh və Azadlıq Beynəlxalq Mərkəzi”-nin müdiri Robert Fontolyan qonaxları salamlayıblar.
Səfir Bağdasaryan öz çıxışında film müəllifinə Artsaxda (Qarabağ) və münqişə zonasında aprel ayında Azərbaycan tərəfindən başlanmış hərbi təcavüzü haqqında həqiqəti təqdim etmək, mərasimi təşkil edənlərə isə səfirliklə sıx əməkdaşlıq və filmin təqimatı təşkil etmək üçün təşəkkür etdi.
ER səfiri Qarabağ münaqişəsinin tarixini qısaca söyləyərək vurğuladı ki, Cian Mikalesinin filmi yalnız Dağlıq Qarabağ xalqının mübarizə tarixini təsvir etmir, o insanlara və xalqlara qarşı göstərilən ayrı-seçkiliyə və zoraklığa biganə qalmamağa çağırır.