Beynəlxalq

Azərbaycan hakimiyyət “Azadlıq”ı susdurmağa çalışır

Azərbaycan hakimiyyəti “Azadlıq” qəzetini susdurmaq üçün müxtəlif planlar üzərində işləyir. Bu barədə Azadlıq.indo Turan informasiya agentliyinin yaydığı məlumatla bağlı apardığı araşdırmalarla iddia edir.

Qeyd edək ki, Turanın yaydığı məlumatda bildirilirdir ki, “Azadlıq”ın yayım direktoru Faiq Əmirlinin həbsi həm də qəzeti susdurmağa yönəlib. “AXCP-yə yaxın ”Azadlıq” qəzetində maliyyə yoxlaması başlanacağı gözlənilir və Faiq Əmirlinin həbsi bu yoxlamalara başlamaq üçün bəhanədir”, – deyə məlumat deyilir.

Xatırladaq ki, “Azadlıq” zaman-zaman hakimiyyətin hədəfində olub. Qəzetin baş redaktoru Qənimət Zahid və xeyli sayda əməkdaşı qondlarma ittihamlarla həbs olunub. Bu gün də Faiq Əmirli ilə yanaşı qəzetin siyasət şöbəsinin müdiri Seymur Həzi həbsdədir. Bundan başqa, qəzetin bir neçə əməkdaşı oğurlanaraq döyülüb, bıçaqlanıb. Buna nümunə kimi Fikrət Hüseynlinin, Aqil Xəlilin bıçaqlanmasını, Seymur Həzinin döyülməsini göstərmək olar. Bəzi əməkdaşlarımız təqiblərdən qurtulmaq üçün mühacirət etmək məcburiyyətində qalıblar.

Hakimiyyət “Azadlıq”ı maliyyə cəhətdən çökdürüb. Bu günə qədər rəhbəri YAP-çı deputat Mirkazım Kazımov olan “Qasid” firması qəzetə olan 69 min manat borcunu vermir. Qəzet dəfələrlə məhkəmələrə cəlb edilərək fantastik məbləğdə cərimələnib.

Lakin bu dəfə hakimiyyətin planları daha təhlükəlidir. Bu planlar qəzeti birdəfəlik susdurmağa yönəlib.

Daha çox göstər
Back to top button