
“Ermənistan və Azərbaycanın yeni görüşləri hələlik təstiqlənməyib”. Bu haqda ERP-nın spikeri,MŞ sədrinin müavini Eduard Şarmazanov bəyan edib.
Təbii olaraq biz danışıqlara daima tərəfdar olmuşuq.Lakin danışıqlara yenidən başlamaq üçün gərək tərəflər atəşkəs şərtlərini tamamiylə yerinə yetirsin.Ermənistan daima elan edib ki, Dağlıq
Qarabağ münaqişəsinin sülhlə nizamlanmasının tərəfdarıdır” – deyərək Şarmazanov qeyd edib.
MŞ sədrinin müavini əlavə etdi ki, danışıqlarda irəliləyiş protokollaşdırmaq üçün ilk növbədə Vyanada və Sankt Peterburqda prezdentlərin görüşü zamanı əldə olunan şərtləşmələrin yerinə yetirilməsi olduqca mühüm və zəruridir.
“ Həmin şərtləşmələrsə olduqca qətiyyətli olub.Söz təmas xəttində araşdırıcı mexanizmlərin tədbiqi və ATƏT fəaliyyətdəki sədrinin idarəsinin və iş heyətinin genişləndirilməsi barədədir.
Nə qədər ki, tərəflər bütün bunları sona çatdırmamışlar təbii olaraq yeni irəliləyiş dumanlı-çənlidir”- deyərək Eduard Şarmazanov bəyan edib.Eyni zamanda MŞ sədrinin müavini qeyd etdi ki, danışıqlarda Ermənistan tərəfindən hər hansısa geriyə addım olmçayacaq.
“ Dağlıq Qarabağ Respublikasının əhalisi gərək özünün özünü idarəçilik hüququnu referendum vasitəsiylə tam həyata keçirməyi bacarmalıdır.
Belə ki, Dağlıq Qarabağ xalqı özü gərək öz müqəddaratını həll etsin” – deyərək MŞ sədrinin müavini sözünü yekunlaşdırdı.