
Ermənistanı Yay Olimpiya Oyunlarında təslim edən idmançılar Rio-de-Janeyro – Sao Paulo – Doha – Yerevan aviareysi ilə vətənə qayıdıblar.
Erməni idmançıları hava limanında Ermənistan Respublikası baş naziri Hovik Abrahamyan və Ermənistan Milli Olimpiya Komitəsinin rəhbəri Gagik Tsarukyan qarşılayıblar.
EMOK-nin rəhbəri Gagik Tsarukyan yunan-roma güləşçisi Mihran Harutyunyanın boynundan gümüş medalı alaraq qızıl medal asdı. Bununla bir daha göstərdi ki, Mihran Harutyunyan hər kəs üçün real çempiondur.
Erməni olimpiyaçıları böyük atəşfəşanlıqla qarşılayıblar. Sonra isə xüsusi avtobuslarla Respublika Meydanına gediblər. Minlərlə azarkeşlər Harutyunyanın adını səsləndirirdi və idmançı duygulanıb göz yaşları ilə söz verdi etdi ki, öz millətinə belə sevinc yenidən vermək istəyir.
XXXI Yay Olimpiya Oyunlarında Ermənistan idmançıları 4 medal qazanılar. 20 ildən sonra Ermənistanın hesabına qızıl medalı yunan-roma güləşçisi Artur Aleksanyan yazdırıb. Mihran Harutyunyan isə hakimlərin qeyri-obyektiv qərarları nəticəsində qızıl medal almayaraq vitse-çempion olub. Ağırlıqqaldıranlar Simon Martirosyan və Gor Minasyan da vitse-çempion olublar.