
Rusiya prezidenti Vladimir Putin Ermənistan Xarici işlər nazirinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bu haqda “РИА Новости” Kremlin mətbuat xidmətinə istinadən xəbər verib. Müvafiq sənəd avqustun 26-da Rusiyanın rəsmi hüquqi informasiya portalında yerləşdirilib.
Sərəncamda qeyd edildiyi kimi, Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığa böyük töhfə verdiyi üçün ER Xarici işlər naziri Edvard Nalbandyan “Dostluq” ordeni ilə təltif edildi.
“Dostluq” ordeni ilə xalqlar arasında sülh, dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşmada xüsusi tühfəsi olan ölkənin vəya xarici ölkələrin vətəndaşları təltif edilirlər.