BaşlıcaBeynəlxalq

Avstryanın baş naziri: “AB-nə üzvülüyə dair Türkiyə ilə danışıqları dayandırmaq lazımdır”

Avstryanın baş naziri Kristian Kern Türkiyə məsələsi ilə AB-i və şəxsən Avropa Komissiyasının sədri Jan Klod Yunkerin mövqeini tənqid edərək təklif edib ki, AB-nə daxil olmaq barədə həmin ölkə ilə danışıqları dayandırmaq və əməkdaşlığın digər formalarını axtarmaqla məşğul olmaq lazımdır.

Bu haqda Krisrian Kern Avstyanın Osterreich qəzetinə verdiyi müsahibəsində bəyan edib ki, o da qəzetiun bazar günü nömrəsində dərc olunacaq.

“Avropaya Türkiyənin birləşməsi danışıqları heç nə gətirmədi.

Türkiyə getdikcə Avropa dəyərlərindən daha da uzaqlaşır. Türkiyə ilə AB-i arasında danışıqlar dayandırılmalıdır.

Türrkiyə AB-nə birləşmək üçün namizəd nə indi, nə də yaxın on illikdə ola bilməz” – deyərək Kern qeyd edib ki, Türkiyə ilə Avropaya yeni əməkdaşlıq forması lazımdır.

Avstryanın baş naziri daha öncə elan etmişdir ki, sentyabrn 16- da Türkiyənın AB -ə üzv olmasını dayandırmaqla bağlı “sərt müzakirə” keçiriləcək.

Onun sözlərincə, cari mərhlədə AB -ə Türkiyənin birləşməsi barədə danışıqlar “diplomatik bəhanədən” başqa heç nə deyil”.

Sentyabrın 16-da Slovakiyada 27 AB üzv ölkələrin (Böyük Britaniyasız) sammiti keçiriləcək.

Daha öncə, Deutsche Well-ə verdiyi müsahibəsində Avrokomissiyanın sədri Jan Klod Yunqer Türkiyədə terrorizmə qarşı mübarizənin qanun çərçivəsində yer tapmış sui istifadələri tənqid edib.

Daha çox göstər
Back to top button