Ekonomika

Azərbaycanda özəl sektorun ixracı azalıb

Azərbaycanın özəl sektorunun ixracı 444 milyon 358 min dollar təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 253 milyon 246 min dollar və ya 36% azdır. 2015-ci ilin Yanvar – İyul aylarında Azərbaycandan özəl sektorun ixracı 697 milyon 603 min dollar təşkil etmişdi.

Azərbaycan nümunəsi bir daha sübut edir ki, artıq devalvasiyalar ixracı artırmır. Çünki digər ölkələr də eyni vaxtda devalvasiyaya gedirlər. Bu da ixracatçıların əlinə daha çox milli pul keçməsinə imkan vermir. Həmçinin hamı eyni vaxtda ixracı artırmağa yönəldikdə ixrac malı bolluğu yaranır və qiymətlər aşağı düşür.

Digər bir səbəb isə qlobal tələbin aşağı düşməsidir. İxrac yalnız mal satan tərəfin səyi ilə əlaqədar bir iş deyil. Qlobal durğunluq ilə əlaqədar olaraq dünya ölkələrində mallara təlabat aşağı düşüb. Neft ixrac edən ölkələrin gəlirləri azaldığından əhali xərclərini də azaldıb.

Daha çox göstər
Back to top button