Təhlil

Ermənistan-İran iqtisadi əməkdaşlığı dərinləşdiriləcək: səfir

Ermənistan-İran arasında ticarət dövriyəsi üç dəfə artacaq. Bu haqda İranda ER səfiri Artaşes Tumanyan bildirib.

IRNA-nın verdiyi məlumatlara görə,İsfahan meri ilə görüş zamanı səfir qeyd etdi ki, İran və Ermənistan makroiqtisadi bir lahiyə hazırlayırlar və bu yaxın zamanlarda həyata keçiriləcək. Lahiyə ticarətin cari səviyyəsini 3 dəfə ilə qaldırmasına yardım edəcək.

Səfir Ermənistan hökmətinə İranın dəstəyini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Ermənistan-İran çoxtərəfli əməkdaşlığını müxtəlif səviyyələrlə genişləndiriblər.

Qeyd edək ki, İsfahan ostanında 7 min erməni yaşayır.

Daha çox göstər
Back to top button