Təhlil

Nalbandyan Almaniya-erməni Forumunun üzvülərinə ER-AB danışıqlarının gedişatını təqdim edib

Avqustun 29-da ER Xİ naziri Edvard Nalbandyan Yerevanda Alman-erməni Forumunun nümayəndəliyini Forumun sədri ,Almaniya Bundestaqının deputatı Albert Vaylerin başçılığıyla qəbul edərək AB ilə yeni qanunu əsası ətrafında danışıqların gedişatını təqdim edib.

XİN-dən News.am-ə verilən məlumata görə, Alman-erməni Forumunun üzvülərini salamlayaraq Edvard Nalbandyan təşkilatın fəaliyyətini mühüm saymış erməni-alman dostluq münasibətlərini daha da möhkəmləndirmək və genişləndirməyi zəruri və məqsədəuğyğun hesab etmişdir.

Həmsöhbətçilər Ermənistan və Almaniya arasında formalaşmış yüksək səviyyəli əməkdaşlıqla bağlı məmnunluqlarını bildirərək qarşılıqlı işgüzarlığı dərinləşdirməyə istiqamətlənmiş addımları müzakirə etdilər.

Görüşdə Albert Vayler ER Xİ nazirinə Forum tərəfindən aparılan işləri və qarşıdakı proqramları təqdim etdi.

Nazir Nalbandyan Bundestaq tərəfindən Erməni Soyqırımının tanınılmasını olduqca yüksək dəyərləndirərək həmin prosessdə Alman-erməni Forumunun səylərini yüksək qiymətləndirdi.

Görüşdə Ermənistan-AB münasibətlərinə geri nəzər salındı.Bu baxımla Edvard Nalbandyan AB ilə yeni qanun əsası ətrafında danışıqların gedişatını təqdim etdi.

ER Xİ naziri almaniyalı parlamentarlara Ermənistanın və ATƏT MQ həmsədrlərinin DQ əsas məsələsinin müstəsna olaraq sülh yoluyla həll olunmasına yönəlmiş səylərini təqdim etdi.

Daha çox göstər
Back to top button