İctimaiyyət
Gürcüstanda 100-dən çox azərbaycanlı zəhərlənib – Toyda

Ötən gecə Gürcüstanın Marneuli və Rustavi şəhərlərində yerləşən xəstəxanalarına 150-yə yaxın azərbaycanlı gətirilib, onların arasında 28 uşaq da var.
ATV.Az İnterfax agentliyinə istinadən xəbər verir ki, xəstəxənaya çatdırılanların hamısına “kəskin bağırsaq zəhərlənməsi” diaqnozu qoyulub. Onlar Sadaxlı kəndində keçirilən toy məclisində zəhərləniblər. Güman edilir ki, zəhərlənmə vaxtı keçmiş ərzaq malları istifadəsinə görə baş verib.
Qeyd edək ki, gecə saatlarında zərər çəkmişlərin yanına Gürcüstanın baş naziri Georgi Kvirikaşvili gəlib və onlarla yanaşı həkimlərlə də söhbət edib.