ER Avrasiya İqtisadiyyat İttifaqına üzvülük çərçivələrində İranda ER səfiri erməni-iran imkanlarını təqdim edib

Avqustun 28-29-da İranda ER səfiri Artaşes Tumanyan işgüzar səfərlə İsfahan vilayətində idi. Orada vilayət başçısı Rəsul Zərqarpuli,
İsfahanın şəhər başçısı Camalinejadi,İsfahan universitetinin rektoru Huşanq Tayebiyli,İranın Radioteleviziyasının İsfahan strukturu üzrə baş müdiri Masud Ahmadi Afzadiylə,İsfahanın ticarət, sənaye, mədən və kənd təsərrüfatı palatasının sədri Abdalvahab Sahlabadiylə
görüşlər keçirib.
Bu haqda ER Xİ nazirliyindən məlumatlandırılır.
İsfahan vilayət başçısı ilə görüşdə erməni-iran dostluq münasibətlərinə və erməni icmasının roluna geri nəzər salınıb.
İsfahan vilayəti ilə iqtisadiyyat, mədəniyyət əməkdaşlığının genişləndirilməsinə dair məsələlər və həmin istiqamətdə əldə olunacaq mühüm addımlar müzakirə olunub.
Səfir Tumanyan erməni-iran iqtisadiyyat imkanlarını təqdim edib ki, onlar da Ermənistanın Avrasiya İqtisadiyyat İttifaqına üzvülüyü əsasındadır və vilayətlərarası əməkdaşlığın inkişafında mühüm rol oynayır.
Vilayət başçısı Zərqarpur öz növbəsində İsfahan vilayətinin sənaye imkanlarını təqdim edərək xüsusiylə turizm sahəsində erməni tərəfiylə əməkdaşlığı olduqca mənfəətli və mühüm hesab etmişdir.
Bu kontekstdə məmnunluqla protokollaşdırılıb ki, Yerevan və İsfahan arasında neçə aydır ki, hava əlaqələri fəaliyyət göstərir.
İsfahanın şəhər bələdiyə başçısı Mehdi Camalinejat ilə söhbətdə Yerevan və İsfahan bacı şəhərlər olaraq protokollaşdırılıb.
İki şəhərlər arasında zəngin tarixi mədəniyyət irslərini, humanitar əməkdaşlığı dərinləşdirmək üçün şərtləşmələr əldə olunmuşdur.
Yerevanda və İsfahanda qarşılıqlı şəkildə mədəniyyət həftələrini keçirmək, eləcə də, turizmi inkişaf etdirmək imkanları müzakirə olunmuşdur.
İşgüzar səfər ərzində səfir Tumanyan həmçinin vilayətin sənaye müəssisələrinə gedərək orada Ermənistanda investisiyalar etmək imkanlarını müzakirə etmişdir.