S.Sarkisyan “ Bizim ölkəmiz dost Yaponiya ilə qarşılıqlı işgüzarlığı inkişaf etdirməyə səy göstərir”
Prezident Serj Sarkisyan bu gün Yaponiya-Ermənistan Parlament dostluq liqasının sədri Seişiro Etonun başçılıq etdiyi nümayəndəliyi qəbul edib.
Bu barədə Prezidentin iş heyəti üzrə ictimaiyyət və informasiya vasitələri ilə əlaqələr idarəsindən bildirilib.
Nümayəndəliyin Ermənistan Respublikasına ilk səfərini alqışlayaraq Prezident qeyd edib ki, Yaponiya Şərqi Asiya ölkələri ilə Ermənistanın münasibətlərində xüsusi yer tutur.
Bizim ölkəmiz dost Yaponiya ilə hərtərəfli qarşlıqlı mənfəətli işgüzarlıq inkişaf etdirir.
Serj Sarkisyan ümidvar olduğunu bildirib ki, Seişiro Etonun başçılıq etdiyi nümayəndəliyin Ermənistana səfəri iki ölkələrin parlamentlərarası əlaqələrini stumullaşmasına təkan verərək həmin sahədə erməni-yapon əməkdaşlığını yüksək səviyyəyə çatdıracaq.
Görüşdə həmsöhbətçilərin hər ikisi də 2012-ci ildə ER Prezidentinin Yaponiyaya etdiyi səfəri məmnunluqla xatırlayıblar,hansı ki, onların qənaətincə ikitərəfli əməkdaşlığın gələcək genişlənməsi və dərinləşməsi üçün yeni imkanlar yaratdı.
Yaponiya-Ermənistan Parlament dostluq liqasının sədri Seişiro Eton hökumətlərarası münasibətlərdə parlament diplomatiyasının rolunu müvafiq hesab edərək, parlamentarlar arasında təmasları aktivləşdirmək üçün hazırlığını bildirmiş,
erməni-yapon parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində həmçinin bütün bunları möhkəm təmələ çevirmək üçün ikitərəfli əlaqələri inkişaf etdirmək yolunda var qüvvəsini sərf edəcəyini bildirib.
Tərəflər müxtəlif sahələrdə qarşılıqlı mənfəətli, eləcə də beynəlxalq təşkilatlar çərçivələrində qarşılıqlı işgüzarlığın inkişafı mühümlüyünü və mövcud potensialı vurğulamışlar.