BaşlıcaErməni Soyqırımı

Ştaynmayer Ankaranın Erməni Soyqırımının tanınmasından imtina etməsi tələbini rədd etdi

Almaniya Xarici işlər naziri Frank-Valter Ştaynmayer Ankaranın İncirlik bazasına alman millət vəkillərinin girə bilməsi üçün Erməni Soyqırımının tanınmasından imtina etməsi tələbini rədd etdi.

“Düşünmürəm ki, bu məslələr bir birinə bağlıdır və mən bunu türk həmkarıma da demişdim”,- deyə Ştaynmayer qeyd etdi.

Deutsche Welle məlumat verir ki, Almaniyanın Xarici işlər naziri əlavə etdi ki, Türkiyə bazasına alman millət vəkillərinin getməsinə yenə manə olursa, İŞİD-ə qarşı mübarizə üçün oraya göndərilmiş alman hərbçiləri geri çağırılacaq.

Xatırlataq ki, daha əvvəl Türkiyə Xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirmişdi ki, alman millət vəkillərinin İncirlik bazasını ziyarəti Osmanlı İmperiyasında Erməni Soyqırımının tanınması haqqında qətnamənin taleyindən asılıdır.

Daha çox göstər
Back to top button