Təhlil

Azərbaycan iqtisadiyyatı böyük təhlükəyə doğru gedir

Azərbaycanda bir-birinin ardınca iri şirkətlərin bağlanması iqtisadiyyata nə vəd edir?

Nemət Əliyev: «Belə bir vəziyyətin yaranması gözlənilən idi»

Maliyyə böhranı dərinləşdikcə iqtisadiyyatın müxtəlif sahələrində tənəzzül elementləri özünü göstərir. Artıq bir müddətdir ki, müxtəlif sahələri təmsil edən şirkətlərin işçilərinə əmək haqqı verməkdə çətinlik çəkdiyi ilə bağlı xəbərləri alırıq.

Məsələn, dünən məlum oldu ki, “Oil and Gas ProServ” MMC-nin 40-a yaxın neftçisi səkkiz aydır ki, maaşlarını ala bilmirlər. Bundan başqa, bir neçə gün əvvəl məlum oldu ki, “Bakı Körpü Tunel” Açıq Səhmdar Cəmiyyətinin 65 nəfər işçisindən 35-i bir aydır ki, tətil edir. Zavodun əməkdaşları 8 aydır maaşsız qalıb; rəhbərlik isə maaş əvəzinə söz verir.

Xidmət sektorunda tanınmış şirkətlərdən biri olan “Çudo Peçka” da oxşar problemi yaşayır. Binəqədi rayonu, Cəfər Xəndan 36 a küçəsində yerləşən “Çudo peçka” mağazasının işçiləri 6 aydır maaş almırlar.

Bundan başqa, “Baltika Bakı” maliyyə problemləri üzündən fəaliyyətini dayandırdı. Şirkət açıq şəkildə bəyan etdi ki, hazırkı şərtlər daxilində fəaliyyətin davam etdirilməsi iqtisadi səmərə vermir.

Iri şirkətlərin fəaliyyətini dayandırması, maliyyə problemi ilə üzləşməsi iqtisadiyyata nə vəd edir?

Iqtisadçı Nemət Əliyev bildirdi ki, iş yerləri bağlanırsa, iri şirkətlər işçilərinin əmək haqlarını verə bilmirsə, bu, ciddi siqnaldır. Bu baş verən tendensiya ölkədə dolanışığı aşağı salmaqla, sosial vəziyyəti ağırlaşdırır: “Bağlanan və işçilərinin əmək haqqını verə bilməyən müəssisələrin bu addımının səbəbi ağır iqtisadi durumdur. Buna səbəb həmin müəssisələrin rentabelli işləmək bacarığını itirmələridir. Belə bir vəziyyətin yaranması gözlənilən idi. Hətta bu, 2014-cü ildən məlum idi. Bu istiqamətdə proqnozlar verilirdi. Amma ötən müddət ərzində heç bir addım atılmadı. Əvəzinə imitasiya xarakterli açıqlamalar verildi. Guya əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, ixrac meyilli iqtisadiyyatın yaradılmasıyla bağlı addımlar atılır. Amma müəssisə və təşkilatlarda yaşananlar onu təsdiqləyir ki, hökumətin bəyanatları sözdən o yana keçməyib. Hökumət bir neçə il qabağa hesablanmış siyasət yeridə bilməyib. Hökumətin iqtisadi siyasəti həmişə bərbad olub. Hazırda işçilərin əmək haqqını ala bilməməsi, müəssisə və təşkilatların bağlanması prosesi daha da böyüyəcək”.

N.Əliyevin sözlərinə görə, bütün bunları şərtləndirən amillərdən biri də MB-nin yarıtmaz manat-dollar siyasətidir.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button