Siyasət

ER Silahlı Qüvvələrinin gələcək komandirləri müasir texnologiyalarla təmin edilmiş və yeni inşa edilmiş binada oxuyacaqlar

ER Silahlı Qüvvələrinin zabit heyətinin təminatı ilə məşğul olan Vazgen Sargsyan hərbi universitetinin komandir-qərargah fakültəsinin dırsləri sentyabrın 1-dən yeni binada keçiriləcəklər.

“Armenpress”-in verdiyi məlumatlara görə, ER müdafiə naziri Seyran Ohanyanın və yüksək rütbəli zabit heyətinin iştirakıyla binanın açılış mərədimi keçirildi. Ohanyan jurnalistlərlə müsahibədə qeyd etdi ki, ER Silahlı Qüvvələrinin inkişafı üçün hərbi təhsilin inkişafı mühümdür və bu istiqamətdə son illərdə çox iş görüldü, hətta hərakətlərinyol xəritəsi formalaşdı. Hərbi universitetinin komandir-qərargah fakültəsinin formalaşması üçün ER müdafiə naziri tərəfindən 2011-ci ilin avqustun 24-də təsdiq edilmiş iş planı əsas oldu.

Nazir əhəmiyyətlə vurğuladı ki, təhsil müəssisəsi müasir texnologiayla təmin olunmüşdur. Bu isə, müxtəlif qoşun növlərinin hərbçilərinə komandir və xidmət raisləri vəzifələrinin tanınmasına imkan verəcək. “ Qonşu ölkələrlə təcrübə mübadiləsi nəticəsində əldə edilən bilikləri hərbi hissələri, birləşmələri bölümləri idarə etməkdə koməklik edəcək”,-deyə nazil bəyan etdi.

Daha çox göstər
Back to top button