BaşlıcaBeynəlxalq

Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində ATƏT-in rolu daha da əhəmiyyətlidir: Ştaynmayer

Gündəmin bütün əsəs mühüm məsələləri ATƏT üzv ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi şurasında müzakirə olunacaq. Bu haqda görüşü təşkil edən Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib. Görüş sentyabrın 1-də Potsdamda olacaq.

“Böhranlarla dolu bu dünyada ATƏT-in rolu çox böyükdür. Bu, Ukraynanın şərqindəki böhranı, Dnestryanı, Dağlıq Qarabağ və digər münaqişələrlə bağlıdır”,- deyə Ştaynmayer qeyd etdi. Bu haqda Almaniya Xarici İşlər Nazirliyi məlumat verir.

Ştaynmayerin sözlərincə Almaniya nümayəndə heyəti Potsdamda bütün mühüm mövzuların və beynəlxalq terrorizm və qaçqınların məsələlərinin müzakirə olunmasını nəzərdə tutlur.

Daha çox göstər
Back to top button