Beynəlxalq

Milli Şura mitinq keçirəcək

Milli Şura 26 sentyabr referendumu ilə bağlı mitinq keçirməyi planlaşdırır. Bu barədə məlumatı öz “Facebook” səhifəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli yayıb.

AXCP sədrinin sözlərinə görə, ilk mitinq sentyabrın 11-də, saat 17:00-da “İnşaatçılar” metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək. Mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılacaq.

“Gəlin, birlikdә ailə hakimiyyətinin ömürlük olmasına konstitusion “əsas” yaradılmasına, artıq dözülməz həddə çatmış sosial-iqtisadi problemlərə etiraz edək, ölkədə köklü islahatlar, “Monarxiyaya yox! Talana son!” tələb edək!” – deyə Əli Kərimli bildirib.

Daha çox göstər
Back to top button