BaşlıcaSiyasət

Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bağlı məsləhətləşmələr keçiriliəcək

Sentyabrın 8-də ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya XİN rəhbərliyi ilə görüşəcəklər. Görüş Xarici İşlər Nazirliyində keçiriləcək. “РИА Новости”-nin yaydığı məlumata görə, bu haqda RF XİN rəsmi nümayəndəsi Maria Zaxarova bildirib.

Onun sözlərinə görə, ATƏT-in Mİnsk qrupunun həmsədrləri XİN rəhbərliyi ilə görüşəcəklər.

RF XİN rəsmi nümayəndəsi bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunacaq. Mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlər zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesinə xüsusi diqqət ayrılacaq.

Zaxarova qeyd etdi ki, söz Vaşinqton, Paris və Moskvada  müntəzəm keçirilən məsləhətləşmələr haqqındadır. Bu görüşlərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi məsələsi ilə üç ölkənin səylərinin koordinasiyasıdır.

Daha çox göstər
Back to top button