
ER Prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ Respublikasının Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib. ER Prezidentinin administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin verdiyi məlumatlara görə, məktubda deyirlir: “Əziz həmvətənlər! Dağlıq Qarabağ Respublikasının Müstəqilliyinin 25-ci ildönümü münasibətilə sizi təbrik edirəm. 1991-ci il sentyabrın 2-si müasir tariximizin şanlı səhifəsidir. 25 il əvvəl Artsax erməniləri öz dönməz seçimi ediblər. Bu fatal addım şüurlu və mənalı idi. Bu seçki, iradə və qətiyyət ilə Artsax erməniləri ölüm uçurumdan həyata və azadlığa döndülər.
Siz mübarizə edərək qeyri-bərabər müharibəni qazandınız. Siz bir azad dövlət və cəmiyyət yaratdınız. Siz güclü və səmərəli bir ordu yaratdınız. Siz xarabalıqlardan heç bir zaman belə parlaq və gözəl olmayan bir ölkə yaratdınız. Siz özünüzə, bütün ermənilərə və dünyaya Artsaxın həyat qabiliyyətlini və hərtərəfli inkişafı üçün böyük potensial olduğunu isbat etdiniz.
Əlbəttə ki, bu potensial hələ tamamilə həyata keçirilmədi. Əlbəttə ki, həm Artsaxda, həm Ermənistanda hələ edəcək çox iş var. Və əlbəttə ki, biz edəcəklərimizi yerinə yetirəcəik. Biz bunu bütün ermənilərin gücü ilə edərik. Bunu bütün çətinliklərə və problemlərə baxmayaraq edəcəik.
Keçən apreldə baş verən hərbi əməliyyatlar bir daha da isbat etdilər ki, əgər düşmən bu məsələni hərbi yolla həll etmək istərsə böyük zərərlər ilə geri atılacaq. İsbat etdilər ki, dünyada Artsax məsələsini hərbi yolla həll edən bir güc yoxdur. Yoxdur, çünki siz varsınız, çünki siz 25 il əvvəl etdiğiniz seçimə sadıqsınız. Hərbi yolu yoxdur. Siyasi yolu var.
Bu sevincli gündə sizə bir daha da deyirəm ki, həm dünən, həm bu gün, həm də sabah talenizi siz seçəcəksiniz. Artsaxın parlaq gələcəyində şübhəmiz yoxdur.
Yaşasın azad və müstəqil Artsax.
Yaşasın Dağlıq Qarabağ Respublikası”.