Siyasət

Yevqeni Satanovski İslam dövlətlərinin nümayəndələrinin “Qarabağ” iclası haqqında

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “AZƏRTAC”-a verilən müsahibədə bildirb ki, Dağlıq Qaravağ məsələsi ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) kontakt qrupunun ilk iclası sentyabrda BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivələrində keçiriləcək.

RF Yaxın Şərqin müstəqil elmi mərkəzinin direktoru, analitik Yevqeni Satanovskinin sözləri ilə İƏT kontakt qrupu yalnız bir məqsədlə quruldu, bu da Ermənistana zərər yetirməkdir.

“Rusarminfo” ilə müsahibədə Satanovski bildirib ki, “İslam Əməkdaşlıq Təşkilatının kontakt qrupu Qarabağ münaqişəsi məsələsinə girməyə qərar verib. Məqsəd isə Ermənistana zərər yetirməkdir. Belə təşkilatların məqsədi yalnız siyasi fərziyyədir və bundan müsbət bir şey gözləməməliyik”.

Analitikin sözlərinə görə, İƏT kontakt qrupunun iclasının heç bir əhəmiyyəti ola bilməz, çünki onların qərarları uzun zamandır İƏT-in məşğul olan İsrailin misalı kimi bu dəfə də praktik tətbiqi olmayacaq.

DQ məsələsi ilə İƏT kontakt qrupu 2016-cı ildə İstanbulda keçirilən İƏT ölkələrinin 13-cü zirvəsi nəticəsində qurulub. Bu təşkilatda 7 ölkə- Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Qambiya və Cibuti daxildir.

Daha çox göstər
Back to top button