Təhlil

Avqust 2016-cı ildə Azərbaycanın hərbi itkiləri

Razm.info 2016-cı il avqust ayında Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 9 ölüm hadisəsi olduğunu yazır.

Ölənlərdən 7-i Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləridilər: biri Azərbaycan Dövlət Sərhəd Xidmətinin kapitanı, digəri isə Ədliyyə Nazirliyi penitensiar xidmətinin mühafizə alayının hərbi  qulluqçusudur. Onların hamısı qeyri-döyüş itkiləridir.

İyulun 30-da Azərbaycan əsgəri, 1997-ci il təvəllüdlü Paşaoğlu Pərviz Beyləqanda yerləşən hərbi hissələrdən birində suda boğularaq öldü. Bu haqda avqustun 1-də Azərbaycan qeyri-rəsmi mənbələri xəbər veriblər.

Avqustun 11-12-də Naxçıvandakı hərbi hissələrdən birində 1997-ci il təvəllüdlü əsgər Şahsuvarov Əmrah Musa oğlu yanacaq çəninə düşərək dünyasını dəyişib.

Avuqustun 12-də ilkin məlumatlara görə, Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən hərbi hissələrindən birində Lerik rayonu Şingədulan kənd sakini əsgər Ağayev Hafiz Asif oğlu intihar edib.

Avqustun 17-də Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən hərbi hissələrindən birində əsgər Allahverdiyev Qismət Azər oğlu xidmət yoldaşı tərəfindən öldürüldü

Avqustun 21-də ürək üflicindən Azərbaycanın silahlı qüvvələrinin mayoru 1980-ci il təvəllüdlü Səfərov Asim Əhməd oğlu vəfat edib.

Avqustun 21-də  məlum olub ki, Qax rayonu, Əmircan kənd sakini, Ağdam “N” saylı hissənin əsgəri Xəlilov Elşən İlqar oğlu xidmət yoldaşı tərəfindən öldürülüb.

Avqustun 23-də məlum olub ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin Mühafizə Alayının əsgəri Ağalar Əliyev elektrik cərəyanı vurması nəticəsində ölüb.

Avqustun30-da məlum olub ki, Naxçıvanın Şahbuz rayonunda yerləşən hərbi hissələrindən birində Şəmkir rayonundan hərbi xidmətə çağırılmış 1997-ci il təvəllüdlü əsgər Qəmbərov Vüsal Razim oğlu öldürülüb.

Meydan.tv  müxalifət saytının əməkdaşı, azərbaycanlı bloqqer Həbib Abdullayev (Müntəzir) qeyd etdi ki, Qəmbərov “düşmən atəşindən öldürüldü”, lakin bu xəbəri həm Ermənistan, həm də Azərbaycan Müdafiə Nazirlikləri təkzib ediblər.

Avqustun 31-də Bakıdakı xəstəxanalardan birində Azərbaycan DSX-nin ilk qadın pilotu, kapitan 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı vəfat edib.

İl başından bu yana Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda həlak olmuş 135 hərbçinin adı məlum olub, lakin həlak olan azərbaycanlı hərbçilərinin sayı bundan bir neçə qat artıqdır.

Daha çox göstər
Back to top button